Xəzər Xəbər

Braziliyalı futbolçu üçün mundial erkən bitdi

İdman | 13:20 • 6 İyul 2018
Braziliyalı futbolçu üçün mundial erkən bitdi

Braziliya millisinin sağ cinah müdafiəçisi Danilo üçün mundial başa çatıb.

Braziliya Fiutbol Federasiyasının rəsmi saytına məlumat yerləşdirilib ki, komandanın cümə axşamı Kazanda keçirilən məşqi zamanı 27 yaşlı futbolçu sol topuq bağlarından zədə alıb.

Yığmanın həkimi Rodriqo Lasmar bildirib ki, Danilonun zədəsi ciddi olduğu üçün Dünya çempionatında iştirakı mümkünsüzdür.

Qeyd edək ki, Danilo millinin Rusiyadakı düşərgəsini tərk etməyəcək və çempionatın sonuna kimi komanda yoldaşlarının yanında olacaq.

Xəbər lenti