Xəzər Xəbər

"Beşiktaş" Avropanın nəhənglərini geridə qoydu

İdman | 14:18 • 10 May 2018
"Beşiktaş" Avropanın nəhənglərini geridə qoydu

"Beşiktaş" Avropanın nəhənglərini geridə qoyub.


UEFA-nın alman dilində paylaşımlar edən rəsmi "Twitter" hesabı "Beşiktaş"la bağlı hər kəsin marağına səbəb olan "tvit" paylaşıb.


Belə ki, paylaşımda "ağ-qaralı"ların bu günə qədər "Vodafone Park"da oynadığı 43 Super Liqa oyunlarının heç birində məğlub olmaması Avropanın futbol şefinin diqqətindən yayınmayıb.


Paylaşımda "Beşiktaş"ın öz evində nail olduğu 43 oyunluq məğlubiyyətsizlik seriyasının Avropadakı ən uzun uğurlu seriyası olduğu vurğulanıb və "Qara Qartal"ın PSJ, "Bavariya", "Portu və "Barselona"nı geridə qoyduğuna diqqət çəkilib.

Fanat.Az

Xəbər lenti