Xəzər Xəbər

Çin "Qalatasaray"ın ulduzunu da aparır AĞLASIĞMAZ TƏKLİF

İdman | 18:21 • 1 May 2018
Çin "Qalatasaray"ın ulduzunu da aparır

Vurduğu qollarla Super Liqada fırtına kimi əsən "Qalatasaray”ın forvardı Bafetimbi Gomisə Çindən təklif gəlib.

Adı açıqlanmayan klub 27 yaşlı futbolçuya illik 10 milyon avro maaş vəd edib.

Transfer üçünsə "Qalatasaray”a 5 milyon avro təklif edilib. Klub mövsümün sonunda "Qalatasaray”a rəsmi müraciət edəcək.

Qeyd edək ki, Çində transfer dövrü 18 iyunda başlayıb, 13 iyulda başa çatır.

Xatırladaq ki, Gomis bu mövsüm Super Liqada çıxdığı oyunlarda 27 qol vurub. O, bu nəticə ilə turnirin bombardiri adına ən real namizəddir.

Xəbər lenti