Xəzər Xəbər

Zidan: "Benzema ruhdan düşmür, çalışır"

İdman | 15:28 • 17 Aprel 2018
Zidan:

"Real"ın baş məşqçisiZinəddin Zidan komandanın hücumçusu Kərim Benzema haqda danışıb.

Zidan bu mövsüm tənqidlərə tuş gələnforvardın tərəfini saxlayıb:

"Bəli, Benzema qol vurmamağa görə, zəif mövsüm keçirir. Fərqlənməyi sevən hücumçudur və şanslarəldə edir. "Malaqa" ilə matçda yaxşı oynadı, rəqibi məyus edə bilmədi. Buna baxmayaraq, ruhdan düşmür, çalışır".

Zidan Çempionlar Liqasının yarımfinal mərhələsindəki rəqibləri olan "Bavariya" ilə bağlı danışıb:

"Asan olmayan iki oyun olacaq. Ən yaxşısını etməyə çalışacağıq. İlk oyuna qədər matçlarımızda rotasiyalar olacaq. Yarımfinaldan öncə oyunçular dincəlməlidir. Belə vacib oyunlara hər kəs sağlam çıxmalıdır".

Xəbər lenti