Xəzər Xəbər

Qurbanovun millisində ikinci itki: Bu dəfə zədə səbəbindən

İdman | 10:33 • 27 Mart 2018
Qurbanovun millisində ikinci itki:

Sabah Antalyada Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə milli komandamız matça itki ilə çıxacaq.

Pavel Paşayev zədə səbəbindən görüşü buraxacaq. Onun yerinə meydana Tural Axundovun çıxacağı ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan - Makedoniya oyunu sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha öncə baş məşqçi Qurban Qurbanov "Qarabağ"ın futbolçusu Elvin Yunuszadəni nizam-intizamsızlıq səbəbindən milli komandadan kənarlaşdırmışdı.

Xəbər lenti