Xəzər Xəbər

Abromoviç bunlardan birini Kontenin YERİNƏ GƏTİRƏCƏK

İdman | 13:05 • 7 Fevral 2018
Abromoviç bunlardan birini Kontenin

"Çelsi"nin baş məşqçisi Antonio Konte istefaya göndərilə bilər.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddiaya görə, klubun prezidenti Roman Abromoviç "Çelsi”nin son oyunlarından narazıdır və Premyer Liqadakı biabırçı məğlubiyyətləri baş məşqçi dəyişikliyi ilə kompensasiya etmək niyyətindədir.

A.Konteni əvəz edəcək potensial namizədlərin adları da açıqlanıb. Belə ki, "Çelsi”nin baş məşqçi postuna ən real namizəd "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikedir. Bundan başqa, Dieqo Simone ("Atletiko Madrid”in hazırkı baş məşqçisi), Jodi Morris ("Çelsi” akademiyasının müəllimi), Frank Lampard (sərbəst), Karlo Ançelotti (sərbəst) və Maurisio Sarri ("Napoli”nin hazırkı baş məşqçisi) də baş məşqçi postuna namizəd göstərilib.

Təyinatın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın son turunda səfərdə "Uotford"a 1:4 hesabı ilə uduzub və ilk sıradakı "Mançester Siti"dən 19 xal geriyə düşüb.

Xəbər lenti

Çox oxunanlar