Xəzər Xəbər

PSJ 33 yaşlı futbolçu transfer etdi

İdman | 10:24 • 23 Yanvar 2018
PSJ 33 yaşlı futbolçu transfer etdi

PSJ qış transfer dönəmində heyətini gücləndirib

Paris klubu yarımmüdafiəçi Lassana Diarranı heyətinə cəlb edib.


Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə” klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusu daşıyan 33 yaşlı futbolçu bu gün PSJ-də tibbi müayinədən keçib. Fransa millisinin üzvünün yeni komandası ilə 1,5 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Lassana Diarra karyerası ərzində "Çelsi”, "Arsenal” və "Real” kimi nəhəng klubların formasını geyinib.