Xəzər Xəbər

"Barselona" La Liqada qalacaq

İdman | 13:43 • 9 Noyabr 2017
"Barselona" La Liqada qalacaq

La Liqanın prezidenti Xavyer Tebas Kataloniyanın İspaniyadan ayrılmaq cəhdinə təşəbbüs etməsinə münasibət bildirib.

O deyib ki, Kataloniya müstəqillik əldə etməyəcək: "Kataloniya uzun müddət İspaniyanın tərkibində qalacaq və "Barselona" La Liqada çıxış etməyə davam edəcək".

X.Tebas katalonların siyasətləri barədə də danışıb: "Nə vaxt ki hansısa bir qrup insan qiyamı başlayırlar, onların yeri həbsxana olur".(qol.az)

Xəbər lenti

Çox oxunanlar