Xəzər Xəbər

Neymar meydana çıxmadı MARAQLI SƏBƏB

İdman | 13:50 • 9 Noyabr 2017
Neymar meydana çıxmadı

PSJ-nin braziliyalı ulduz futbolçusu Neymar Fransa çempionatının 12-ci turunda "Anje” ilə oyunda meydana çıxmaq istəməyib.

Bu iddia sport.es saytına məxsusdur. Mənbə bildirir ki, onun zədə səbəbindən oyunu buraxdığı əsas gətirilmişdi. Ancaq bir neçə gündən sonra Braziliya millisinin düşərgəsinə yollanan hücumçu ümumi komanda ilə məşqə qatılıb.

Qeyd olunur ki, 25 yaşlı forvard Liqa 1-in səviyyəsindən və stadionların ot örtüyünün keyfiyyətindən narazıdır. Mənbə braziliyalı futbolçunun bütün diqqətini PSJ-nin Çempionlar Liqasındakı çıxışına yönəltdiyini yazıb.

Qeyd edək ki, PSJ Neymarın yoxluğunda "Anje”ni səfərdə 5:0 hesabı ilə məğlub edib./publika.az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti