Xəzər Xəbər

Super Liqada şok: hamısı birdən istefa verdi

İdman | 15:26 • 5 Oktyabr 2017
Super Liqada şok:

Türkiyənin "Gənclərbirliyi" klubunda gözlənilməz hadisə baş verib.  Klubun 5 rəsmi şəxsi istefa verdiyini açıqlayıb.

Buna səbəb onlarla klub prezideti Murat Cavcav arasında yaranan fikir ayrılığı olub. Nəticədə vitse-prezidentlər Şahin Kartal, Arda Çakmak, baş katib Sinan Gürsoy, baş mühasib Hıfzı Kuruşa və mətbuat katibi Hakan Kaynar istefa verib.

Onların yaydığı bəyanatda deyilir:

"Biz "Gənclərbirliyi" idman klubunun İdarə Heyətindən istifa veririk. 94 illik tarixə sahib bu köklü çinarın hər keçən gün içdən çürüdülməsinə şahid olmaq istəmirik. Pis gedişata qarşı etdiyimiz hər cür etirazı duymaq istəməyən bir idarəçilik tərzi ilə bərabərliyimiz bu gündən etibarən mümkün deyil"./fanat.az

Xəbər lenti