Xəzər Xəbər

Tanınmış futbolçuda təhlükəli infeksiya aşkarlanıb

İdman | 15:37 • 2 Oktyabr 2017
Tanınmış futbolçuda təhlükəli infeksiya aşkarlanıb

Kot dİuvar millisinin və İngiltərənin "Arsenal” klubunun sabiq futbolçusu Emmanuel Ebuedə təhlükəli infeksiya aşkarlanıb.

"Report” goal.com saytına istinadən xəbər verir ki, hazırda Kiprin AEL komandasının formasını geyinən 34 yaşlı müdafiəçinin qan analizi müsbət nəticə verib. Orqanizmində HİV infeksiyası aşkarlanan afrikalı oyunçu növbəti dəfə müaynədən keçmək üçün İngiltərəyə yollanıb.

"Təəssüf ki, bu doğrudur. Emmanuelin sağlıq durumu ilə bağlı problemi var. Ebue bu gün növbəti dəfə müaynədən keçmək üçün İngiltərəyə yollanıb”, - deyə futbolçunun meneceri Tekin Berinçi bildirib.

Qeyd edək ki, Emmanuel Ebue karyerası ərzində "Arsenal”la yanaşı İngiltərənin "Sanderlend”, Türkiyənin "Qalatasaray” və Belçikanın "Beveren” klublarında çıxış edib.

Xəbər lenti