Xəzər Xəbər

55 milyona "Arsenal"a gəlir

İdman | 10:06 • 28 İyul 2017
55 milyona "Arsenal"a gəlir

"Arsenal"ın hazırki Fransa çempionu "Monako"ya etdiyi transfer təklifi qəbul olunub.


Milli.Az bildirir ki, artıq uzun müddətdir ki, "topçular" Lemarı öz heyətinə qatmaq istəyirlər.


Bundan öncədə oyunçu üçün 2 dəfə təklif yollayan London klubunun bu səfərki 55 milyon avro dəyərində transfer təklifi qəbul olunub.


Qeyd edək ki, 21 yaşıı Lemar 2013-cü ildə "Kan" klubunda profesional karyerasına başlayıb, 2015-ci ildə isə "Monako"ya keçib.


Fransa milli komandasında 5 oyuna çıxan oyunçu "Monako"da keçirdiyi 60 oyunda 14 dəfə qol vurma sevinci yaşayıb.

Xəbər lenti