Xəzər Xəbər

Fiqo Ronaldo barədə: "Əvəzolunmaz futbolçu yoxdur"

İdman | 14:36 • 22 İyun 2017
Fiqo Ronaldo barədə:

"Real"ın sabiq futbolçusu Luiş Fiqo həmyerlisi Ronaldonun Madrid klubundan getmək istəyinə münasibət bildirib.

Fiqo heç kimi əvəzolunmaz futbolçu hesab etmədiyini deyib.

"Ronaldunun klubu tərk etməsi üçün ciddi səbəblər olmalıdır. İstənilən halda, qərar vermək şəxsi işidir. Bununla belə Ronaldonu başqa klubda təsəvvür edə bilmirəm. Mənə görə əvəzolunmaz futbolçu yoxdur. Təkcə Ronaldo və Pepeni nəzərdə tutmuram. Hesab edirəm ki, klublar bu və ya digər ulduzdan asılı olmalı deyil. Klubun tarixi, ənənələri hər şeydən əvvəl gəlməlidir".

14.7 milyon avro vergidn yayınma məsələsi gündəmə gəldikdən sonra Ronaldonun klubunu dəyişmək istədiyi barədə söz-söhbətər yayılıb. Portuqaliyalı ulduzun PSJ və ya "Mançester Yunayted"ə keçmə ehtimalı real təqdim edilsə də, son xəbərlərdə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun bu transferə qarşı olması deyilir.

Xəbər lenti