Xəzər Xəbər

Futbol üzrə Azərbaycan və Almaniya yığmalarının start heyətləri açıqlanıb

İdman | 19:25 • 26 Mart 2017
Futbol üzrə Azərbaycan və Almaniya yığmalarının start heyətləri açıqlanıb

Bir azdan sonra futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya milli komandaları üz-üzə gələcək.


Xezerxeber.az məlumat verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.


Azərbaycan millisinin start heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Bədavi Hüseynov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Ramil Şeydayev və Əfran İsmayılov çıxacaqlar.


Almaniya yığmasının ilk on birliyində isə Brend Leno, Conas Hektor, Benedikt Hövedes, Mats Hummels, Sami Xedira, Yulian Draksler, Toni Kroos, Andre Şürrle, Tomas Müller, Coşua Kimmix və Mario Qomez yer alıblar.


Azərbaycan-Almaniya oyunu saat 20:00-da başlayacaq.

Xəbər lenti

Çox oxunanlar