Xəzər Xəbər

Tanınmış meyxanaçı qonşusunu öldürüb

Hadisə Bakıda olub
Hadisə | 08:53 • 9 Noyabr 2022
Tanınmış meyxanaçı qonşusunu öldürüb

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Xezerxeber.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı xezerxeber.az-a DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Xəbər lenti