Xəzər Xəbər

Heydər Əliyev Aeroportunda avtomobil yanıb

Hadisə | 11:34 • 8 Noyabr 2022
Heydər Əliyev Aeroportunda avtomobil yanıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

Aeroportdan xezerxeber.az-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər lenti

Çox oxunanlar