Xəzər Xəbər

Bakıda həbs olunan bu şəxsə məhkəmə ağır cəza verdi

Salonlara basqın edən şəxsə hökm oxundu
Hadisə | 16:31 • 17 Yanvar 2022
Bakıda həbs olunan bu şəxsə məhkəmə ağır cəza verdi
Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən Kənan Tağıyev barəsində məhkəmə yekun qərar verib.
 
XəzərXəbər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu 2021-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
 
O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.
 
K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.
 
O, bir müddət öncə müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus "İN Studio” gözəllik mərkəzinə də basqın etmişdi.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar