Xəzər Xəbər

Goranboyda qeyri-adi hadisə - Görün bu dəfə nə yoxa çıxdı...

Hadisə | 17:55 • 17 Yanvar 2022
Goranboyda qeyri-adi hadisə - Görün bu dəfə nə yoxa çıxdı...

Bu günlərdə Goranboy rayonunun Dəliməmmədli şəhər məktəbinin 11-ci sinifinə aid sinif jurnalı itib.

Bu barədə sosial şəbəkə iştirakçıları məlumat yayıb.

Feysbukdakı "GORANBOYLULAR" qrupunda paylaşılan məlumata görə, bu qeyri-adi oğurluqla bağlı hadisədən 3 gün sonra polisə və Goranboy Rayon Təhsil Şöbəsinə şikayət olunub. 

Maraqlıdır, sinif jurnalını kim və niyə oğurlayıb?

Mövzu ilə bağlı Goranboy Rayon Təhsil Şöbəsindən bildirildi ki, bu barədə Təhsil Nazirliyinə məlumat verilib:

“Polis hazırda təhqiqat işi və araşdırma aparır. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”./Redaktor.az

Xəbər lenti