Xəzər Xəbər

Bakıda dəhşətli qəza tərədən yük avtomobilinin sürücüsü qanunsuz fəaliyyət göstərib AÇIQLAMA

Hadisə | 10:11 • 13 Oktyabr 2021
Bakıda dəhşətli qəza tərədən yük avtomobilinin sürücüsü qanunsuz fəaliyyət göstərib

“Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət nömrə nişanlı, "Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza "bir tikə çörəyi niyə kəsirsiz" ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik... Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb”, - deyə o qeyd edib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti