Xəzər Xəbər

Sumqayıtda qətl törədən şəxs tutulub

Hadisə | 09:51 • 13 Oktyabr 2021
Sumqayıtda qətl törədən şəxs tutulub

Oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Sumqayıt Şəhər Prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

 

Xəbər lenti