Xəzər Xəbər

Aeroport yolunda ağır qəza törədən sürücü tutulub

Hadisə | 10:26 • 13 Oktyabr 2021
Aeroport yolunda ağır qəza törədən sürücü tutulub

Bakıda sərnişin avtobusuna çırpılaraq ağır qəzaya səbəb olan yük maşınının sürücüsü saxlanılıb.

Bu barədəyerli mediaya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qəzaya səbəb olan yük maşınının sürücüsü, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

Saxlanılan şəxs Qobustan rayon sakinidir.

Qeyd edək ki, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti