Xəzər Xəbər

Bakıda ər arvadını qətlə yetirib, daha iki nəfəri bıçaqlayıb

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub
Hadisə | 17:38 • 3 Avqust 2021
Bakıda ər arvadını qətlə yetirib, daha iki nəfəri bıçaqlayıb

Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Xəzər rayon prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla 1979-cu il təvəllüdlü Füzuli Qarayevin arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olduğunu bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqladığı, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürdüyü müəyyənləşdirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda hadisənin törədilməsinə gətirib çıxaran səbəb və şəraitin araşdırılması məqsədilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
301 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024