Xəzər Xəbər

Qazaxda dəhşətli yol qəzası - Gənclərin bayramı qara gəldi

Qazaxda iki minik avtomobili toqquşub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
Hadisə | 19:53 • 20 Mart 2021
Qazaxda dəhşətli yol qəzası - Gənclərin bayramı qara gəldi

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, qəzada yaralanan və həyatını itirənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Qəzada 26 yaşlı Qasımov Cövdət Fikirət oğlu yaralanıb, 26 yaşlı  Xəlilov Elvin Ziyarət oğlu ölüb. Qəzada həyatını itirənlərdən digərinin şəxsiyyəti müəyyənləşdirilir.  /apa

Xəbər lenti