Xəzər Xəbər

AQTA kafe və restoranları cərimələdi

Hadisə | 19:30 • 20 Mart 2021
AQTA kafe və restoranları cərimələdi

Qida Təhlükəsizliyi Agentliyi karantin rejimi qaydalarının icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilib.

 
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində martın 19-da ölkə üzrə 354 ictimai iaşə obyektində 606 monitorinq keçirilib.
 
Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
 
Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar