Xəzər Xəbər

Azərbaycanda yoluxma 1200-ə yaxınlaşdı - 14 nəfər öldü

Azərbaycanda son sutkada 1 187 nəfər COVID-19-a yoluxub, nəfər sağalıb, 14 nəfər vəfat edib
Hadisə | 18:25 • 20 Mart 2021
Azərbaycanda yoluxma 1200-ə yaxınlaşdı - 14 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  245 490  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534  nəfər müalicə olunaraq sağalıb,  3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Ölkədə son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149  test aparılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar