Xəzər Xəbər

Evdə məclis təşkil edənlər cərimələndi

Hadisə | 11:25 • 23 Dekabr 2020
Evdə məclis təşkil edənlər cərimələndi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Muğan kəndi ərazisində M.Qürbətovun evində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq yığıncaq keçirilməsi aşkarlanıb. Həmin məclisdə iştirak edənlər Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub. Karantin qaydalarını pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə M.Qürbətov barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib. 9 nəfər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat məbləğində cərimə olunub.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
302 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024