Xəzər Xəbər

Yevlaxda iki yük avtomobili toqquşub, 35 yaşlı qadın öldü

Hadisə | 09:54 • 13 Dekabr 2020
Yevlaxda iki yük avtomobili toqquşub, 35 yaşlı qadın öldü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhəri ərazisində "Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Nazirlikdən Xezerxeber.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sevinc 

Rubrikanın digər xəbərləri

Xəbər lenti