Xəzər Xəbər

Şuşa həbsxanasından Dilqəmin yazdığı şeir tapıldı FOTO

Hadisə | 15:55 • 30 Noyabr 2020
Şuşa həbsxanasından Dilqəmin yazdığı şeir tapıldı

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.


Hərbçilərimiz Şuşa həbsxanasında saxlanılan Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü Dilqəm Şahbazovun yazdığı şeiri tapıb. Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Sputnik Azərbaycan-a açıqlamasında Kürdoğlu Əsgərov bildirib ki, hərbçilərimiz Şuşa həbsxanasından atasının yazdığı şeirin şəklini çəkərək ona göndəriblər. K.Əsgərov uzun illərdir ki, Şuşa həbsxanasında saxlanılan atasına aid başqa əşyaların tapılacağına da ümid etdiyini söyləyib. O bildirib ki, atasına aid hər bir əşya onun üçün dəyərlidir.


Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılıb. Hazırda onların Ermənistanın Şırak rayonundakı "Atik” türməsində saxlandığı bildirilir. Qeyd edək ki, Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasına qədər girovlar Şuşa qalasında saxlanılırdılar.


Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Həmin vaxt işğal altında olan Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.



Ramil

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
300 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024