Xəzər Xəbər

Bakıda çoxmərtəbəli binada yanğın – Sakinlər təxliyə edildi

Hadisə | 09:58 • 19 Noyabr 2020
Bakıda çoxmərtəbəli binada yanğın – Sakinlər təxliyə edildi

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 88 kv.m olan mənzildə çarpayı və yataq dəsti yanıb.


Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.


Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti