Xəzər Xəbər

Baş Prokurorluq: Həlak olan mülki şəxslərin sayı 63-ə çatdı

Hadisə | 11:21 • 21 Oktyabr 2020
Baş Prokurorluq:

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti