Xəzər Xəbər

Ermənistanın daha 4 zabiti məhv edildi

Hadisə | 11:44 • 21 Oktyabr 2020
Ermənistanın daha 4 zabiti məhv edildi

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib.


"Novosti Armeniya” xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.


Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti