Xəzər Xəbər

Paytaxtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Hadisə | 14:58 • 21 Sentyabr 2020
Paytaxtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nizami rayonunun H.Əliyev prospektində yolu keçən Bakı şəhər sakini Elvin Rəfixanov Kürdəmir rayon sakini N.Bağırovun idarə etdiyi "Daewoo” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti