Xəzər Xəbər

Külli miqdarda dollarla Azərbaycandan çıxarkən yaxalandı

Hadisə | 17:39 • 16 Sentyabr 2020
Külli miqdarda dollarla Azərbaycandan çıxarkən yaxalandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.


XəzərXəbər xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan vətəndaşı saxlanılıb.


Sərnişin gömrük nəzarəti zonasına daxil olarkən valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan etməyib.


Ona məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edildiyindən, çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.


Yoxlama zamanı əl çantasının ciblərində, gömrük nəzarətinə bəyan edilməyən 53 000 ABŞ dolları aşkar edilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
313 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024