Xəzər Xəbər

Bakıda mikroavtobus dəhşətli qəza törətdi - Ölən və yaralananlar var

Hadisə | 11:30 • 11 Sentyabr 2020
Bakıda mikroavtobus dəhşətli qəza törətdi - Ölən və yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan "DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.


Bu barədə FHN-dən məlumat verilib.


Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Çox oxunanlar