Xəzər Xəbər

Salyanda 29 yaşlı gənc BIÇAQLANDI

Hadisə | 10:42 • 11 Sentyabr 2020
Salyanda 29 yaşlı gənc BIÇAQLANDI

Salyanda bıçaqlanma hadisəsi baş verib.


Hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb.


Kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçın kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub.


Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb.


Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti