Xəzər Xəbər

Gürcüstanın baş epidemioloqu Qardabanidəki vəziyyətdən narahatdır

Hadisə | 13:56 • 19 Avqust 2020
Gürcüstanın baş epidemioloqu Qardabanidəki vəziyyətdən narahatdır

"Qardabaninin Qaracalar kəndində sərt karantin rejiminin ləğvinə baxmayaraq, oradakı vəziyyət narahatlıq doğurmaqda davam edir”.


Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.


Onun sözlərinə görə, həm Qardabani, həm də Qaracalar kəndi diqqət mərkəzində saxlanılır: "Qaracalarda karantin qaydaları ləğv olunsa da, kənddə tibbi yoxlamalar davam etdirilir. Kənd Tbilisi yaxınlığında yerləşir və paytaxtda infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülür”.


Qeyd edək ki, Qaracalarda karantin rejimi iyulun 24-dən avqustun 10-dək tətbiq olunub. /report

Xəbər lenti