Xəzər Xəbər

Cəlilabadda karantin qaydalarını pozan kafe aşkarlandı

Hadisə | 11:09 • 12 Avqust 2020
Cəlilabadda karantin qaydalarını pozan kafe aşkarlandı

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində şəhər ərazisində yerləşən "Habil” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.


Obyektə baxış zamanı həmin kafeni icarə əsasında işlədən Yusif Hüseynov və 2 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.


Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
218 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti