Xəzər Xəbər

Yanğın istehsalatla bağlı yaranmayıb - RƏSMİ

Hadisə | 13:24 • 7 Avqust 2020
Yanğın istehsalatla bağlı yaranmayıb - RƏSMİ

Sumqayıtda "Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın nəticəsində bir neçə nəfər xəsarət alıb.


SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, yanğın istehsalatla bağlı yaranmayıb: "Bir müddət öncə həmin zavodda istehsal prosesi dayandırılıb və təmir işləri görülür. Yanğının təmir işləri ilə zamanı yarandığı güman edilir. Yanğın zamanı SOCAR-ın və orada çalışan podratçı şirkətin bir neçə nümayəndəsi xəsarət alıb”.


Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının geniş əraziyə yayılmasının qarşısını alıb və yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
221 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti