Xəzər Xəbər

Bakıda dəhşət: Ata iki yaşlı oğlunun boğazını kəsdi, şəklini çəkib anasına göndərdi - TƏFƏRRÜAT

Hadisə | 17:28 • 6 Avqust 2020
Bakıda dəhşət:

Bakıda atanın iki yaşlı doğma oğlunun boğazını kəsməsinin təfərrüatı məlum olub.


Unikal.org-un məlumatına görə, 1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç həyat yoldaşı ilə ayrılıb.


Anası onların birgə nikahdan doğulan övladı, 2018-ci il təvəllüdlü Şabanov Öməri atasının görməsi üçün keçmiş ərinin yaşadığı Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilə gətirib.



Bir müddət sonra geri qayıdarkən əri ona övladının boğazı kəsilmiş fotosunu göndərib.


Hadisəni törədən şəxs daha sonra bıçaqla öz boğazını kəsib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.


Ana polis əməkdaşlarının köməyilə təcili yardımla övladını K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanası) çatdırıb. Həkimlərin səyi ilə azyaşlının həyatını xilas etmək mümkün olub.


K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) Baş həkimi Səadət Ələsgərova Unikal.org-a açıqlamasında bildirib ki, Ömər Şabanovun vəziyyəti ağır olaraq qalır:


"Uşağın boyun hissəsində qanaxma olan böyük yara var idi. Qan bankına müraciət edərək, azyaşlıya qan köçürüldü. Cərrahlarımız uşağı əməliyyat etdilər. Boyun əzələlərinin, traxeyanın kəsik yarası ilə, cərrahi müdaxilə edildi. Hazırda uşaq reanimasiyada süni ventilyasiya aparatının dəstəyi ilə saxlanılır. Vəziyyəti ağır olaraq qalır”.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
318 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024