Xəzər Xəbər

Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanıldı

Hadisə | 11:37 • 3 Avqust 2020
Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanıldı

Göygöl rayon Polis Şöbəsinin ( RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çaykənd kəndi ərazisində yerləşən mağazalardan, fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran 2 nəfər saxlanılıb.


Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.


Bildirilib ki, araşdırmalarla onların rayon sakinləri 28 yaşlı Eltac İsazadə və 23 yaşlı Saləddin Hüseynov olduqları müəyyən edilib.


Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.


Ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar iyul ayının müxtəlif vaxtlarında kənd ərazisində yerləşən 2 mağazadan 1 503 manat dəyərində tütün məmulatları və müxtəliv növ məhsullar, 2 fərdi yaşayış evindən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları oğurlayıblar. Davam etdirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin kənd sakininə məxsus avtomobilə gizli yolla qanunsuz daxil olaraq ordan 200 manat dəyərində musiqi avadanlığı da oğurladığı məlum olub.


Saxlanılan şəxslərin sonuncu cinayət əməli isə rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
302 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024