Xəzər Xəbər

“Son zəng” şənliyi keçirən müəllim və valideynlər cərimələndi

Hadisə | 12:11 • 3 İyul 2020
“Son zəng” şənliyi keçirən müəllim və valideynlər cərimələndi

Qubada "Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular.


DİN Mətbuat Xidmətinin XəzərXəbər-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində "Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.


Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.


Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub. //Trend.az

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
323 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024