Xəzər Xəbər

Sumqayıtda keçmiş məhkumdan tapança götürülüb

Hadisə | 12:11 • 16 May 2020
Sumqayıtda keçmiş məhkumdan tapança götürülüb

Sumqayıt sakinindən odlu silah götürülüb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılmış şəhər sakini, əvvəllər məhkum olunmuş N. Məmmədovdan nömrəsi silinmiş "PSM” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti