Xəzər Xəbər

Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb

Hadisə | 17:33 • 17 Aprel 2020
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb

Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Yasamal rayon ərazisində "Azərsu” ASC-yə məxsus 2 ədəd kanalizasiya qapağı, 1 marketdən, 1 qarajdan və 1 ofisdən kondisioner mühərriklərini sökərək oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Qasımov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti