Xəzər Xəbər

Bakıda xadimə işlədiyi evi "silib süpürdü" 30 minlik...

Hadisə | 11:52 • 16 Aprel 2020
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Rayon ərazisində N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızıl oğurlanması barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən evdə xadimə işləyən C.Əliyeva saxlanılıb.

Faktla cinayət işi başlanıb.

Xəbər lenti