Xəzər Xəbər

Bakıda avtomobillərdən və evlərdən oğurluq edən şəxslər tutulublar

Hadisə | 15:59 • 10 Aprel 2020
Bakıda avtomobillərdən və evlərdən oğurluq edən şəxslər tutulublar

Bakıda avtomobillərdən və evlərdən oğurluq edən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, aprelin 5-də T.Mikayılovun "Mercedes” markalı avtomobilini qaçırmaqda, "Renault” və "Mercedes” markalı 2 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları isə martın 29-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində 3000 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirxanovu yaxalayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
299 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024