Xəzər Xəbər

Xızıda gənc oğlan qətlə yetirilib

Hadisə | 12:13 • 18 Mart 2020
Xızıda gənc oğlan qətlə yetirilib

Xızı rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə,Xızı rayon polis şöbəsivə prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində törədilmiş qətlin üstü açılıb.

Belə ki, cari ilin mart ayının 15-də 2003-cu il təvəllüdlü Xızı rayonu Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub.

Yeniyetmə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Xızı rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
238 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti