Xəzər Xəbər

Bakıda AĞLAGƏLMƏZ HADİSƏ: külək 1 nəfərin faciəvi şəkildə ölümünə səbəb oldu - TƏFƏRRÜAT

Hadisə | 13:53 • 2 Mart 2020
Bakıda AĞLAGƏLMƏZ HADİSƏ:

Ötən gün saat 17:00 radələrində Bakının Pirşağa qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İsmət Məhəmməd oğlu dünyasını dəyşib.

Yuxarıda qeyd edilən saatlarda İsmət Həsənov şəxsi avtomobili ilə evinə dönüb. O, darvazanı açıb və avtomobili həyətə salıb.

Sonra darvazanı bağlamaq istəyərkən güclü külək darvazanı və barını onun üstünə yıxıb.

İsmət Həsənov hadisə yerindəcə keçinib. (modern.az)

Xəbər lenti