Xəzər Xəbər

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir

Hadisə | 14:52 • 15 Fevral 2020
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi gecə saatlarında aşkarlayaraq 43-cü polis bölməsinə təhvil veriblər. Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran Mingəçevir şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 331-ci maddəsi ilə məhkum olunan 1992-ci il təvəllüdlü A.M.-dan 1,189 qram heroin aşkarlanaraq götürülüb.


Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbə sakini 1982-ci il təvəllüdlü E.İ.-dən 0,520 qram heroin, 0,777 qram metamfetamin aşkarlanaraq götürülüb.


Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
219 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti