Xəzər Xəbər

Bakıda sərnişin avtobusu qəzaya uğradı, yaralılar var - FOTO

Hadisə | 10:08 • 25 Yanvar 2020
Bakıda sərnişin avtobusu qəzaya uğradı, yaralılar var -

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.

Xəbər lenti