Xəzər Xəbər

Azərbaycanda "rəis" HƏBS EDİLDİ - RƏSMİ

Hadisə | 14:52 • 24 Yanvar 2020
Azərbaycanda "rəis"

Sabirabad rayonunda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib.

XəzərXəbər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, "Kanal13”ün "Yutub” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim edən Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb. Bildirilib ki, hələ ötən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs DİN-ə müraciət ediblər.

Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb: "Odur ki, 25.11.2019-cu il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra Baba Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad Rayon Polis Şöbəsinə müraciət edə bilərlər".

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
297 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024